Bakı-Balakən-Bakı qatarı ilə səyahət sərnişinlərin ürəyincə olsa da nöqsanlar və çatışmazlıqlar var, sərnişinlər onların aradan qaldırılması arzusundadırlar. Sərnişinlər üçün təklif olunan qiymətlər çox yüksəkdir. Azadmedia.az xəbər verir ki, problemlər barədə Milli İnternet Forumunun rəhbəri, qatardan istifadə edən Osman Gündüz bildirib.
Biznes sinif qiymətlərin əvvəlki mövcud SV-dən 4 dəfə baha, hətta 20 manatlıq yeməyi çıxsaq belə yüksək olmasını deyən Osman Gündüz düşünür ki, ADY yemək paketini sərnişinlərin seçiminə buraxmaqla da qiymət məsələsinə yenidən nəzər sala bilər:
"Anlaşılnadır ki, sərnişindaşıma rentabelli deyil və bu cür tariflər mövcud infrastrukturu və xidmət səviyyəsini qoruyub saxlamaq üçün tətbiq edilib.
İstənilən halda ümid edirəm ADY bu məsələyə yenidən baxacaq. Xüsusən də, tələbələr, pensiyaçılar və çoxuşaqlı ailələr üçün buna ciddi ehtiyac var".
O.Gündüz hesab edir ki, müntəzəm səyahət edənlər üçün xüsusi endirimli biletlər təklif edilə bilər. Stansiyalarla şəhər mərkəzləri arasında ictimai nəqliyyatın təmin edilməsi də vacibdir.
Bəzi xırda-para, tez aradan qaldırıla biləcək çatışmazlıqlar da müaşhidə etdiyini, tezliklə aradan qaldırılacağına ümid etdiyini bildirən Osman Gündüz ADY-nin tezliklə Bakı-Böyük Kəsik, Bakı-Ağdam, Bakı-Astara, Bakı-Yalama marşrutlarını da işə sala biləcəyinə ümid edir.
Yeni qaydalara görə yola salanların platformaya daxil olmasına , qatarın yaxınlığına getməsinə icazə verilmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.