İsa Həbibbəyli 145 milyon oğurlayan oğlunun qisasını dürüst alimlərdən alır.
Nadir Məmmədli: "Bu, Kamal Abdullayevin planıdır. O, Həbib Zərbəliyevi də beləcə əlimizdən aldı. İndi də hədəf Günel xanımdır"
Mütəxəssisə ciddi ehtiyacımız olduğundan 2017-ci ildən Dillər Universitetinin dosenti, italyanşünas, filologiya elmləri doktoru Günel Bayramova əvəzçiliklə Dilçilik İnstitutuna dəvət olunmuşdur. Xüsusi araşdırma səriştəsi olan tədqiqatçı-alim 5 il ərzində bütöv bir institutun işinə bərabər işlər görmüşdür. XVII əsr italyan aristokrat Pietro della Vallenin əlyazma şəklində Vatikan kitabxanasında saxlanılan və heç kəsin cürət etmədiyi nəhəng bir iş məhz G.Bayramovanın sayəsində orijinaldan dilimizə çevrilmiş, nəzəri dilçilik müstəvisində tədqiq və şərh edilmişdir.
Cinayət etmiş oğlunun həbsindən sonra dəyər tanımayan İsa Həbibbəyli Nadir Məmmədliyə Respublikada nadir mütəxəssislərdən olan italyanşünas G. Bayramovanı müxtəlif bəhanələrlə AMEA-dakı işindən uzalaşdırmağı tapşırmışdır, çünki o, Həbibbəylinin GÖMRÜK MİLYONLARINI mənimsəyən oğlu ilə bağlı mətbuatda gedən yazını öz feysbuk səhifəsində yaymış və tənqidi münasibət bildirmişdi. Nadir Məmmədli də öz növbəsində İ.Abbasov başda olmaqla G.Bayramovanın, E.Abbasovanın tənqidlərinin onların yeyintilərinə mane olduğunu İsa Həbibova söyləyib...
İ. Həbibbəyli və N. Məmmədlinin qəflətən belə bir ssenari ağıllarına gəlir. "Yanvarın 8-dən 22-nə qədər (14 gün ərzində) kim əsas iş yerindən razılıq məktubunu çatdırmasa, dərhal əmr verilib işdən çıxarılsın!" N.Məmmədlidən "Bu, nə qanundur?" soruşduqda: "Kamal qanunudur!" dedi. G.Bayramova elə həmin gün məktubu yazır və kafedra müdirinin imzasından sonra rektorluğa təqdim edir. Rektor isə razılıq məktubunu 23 yanvarda imzalayır. Nadir Məmmədli isə cəmi 1 gün əvvəl, yəni 22 yanvarda Bayramovanın işdən çıxma əmrini verir. Tam qanunsuz olaraq! Bütün bunlardan şöbə müdiri və elmi işçi xəbərdar edilmir, yəni hər şey gizli edilir. Yalnız 28 yanvarda tabelləri təhvil verəndə kadrlar şöbəsində məlum olur. Halbuki işçi hər gün işdə olub və müəyyən sənədlərə imza atıb.
Əlbəttə, iri dövləti ciyayətlərin müəllifi, dövlətin milyon və milyardlarının talanmasında yaxından iştirak edən bir gömrük məmurunun akademik atası üçün belə qanunsuzluqlar, sadəcə, gülməlidir. Cinayət edəndə də adam "kişi" kimi edər, yəni milyon oğurlayar, günahsız insanların başını kəsər! Bəs necə?! Dövlətin 145 milyonunun, yəni yüz minlərlə ailənin çörək pulunu əlindən alıb körpələrini ölümə məhkum edər. İstənilən iri cinayətkarın gözünün qabağında yüz məsum körpəni qanına qəltan elə, tükü də tərpənməz. Caninin ürəyi daş olar!
Dünya dağılsın, təki İsanın oğlunun haram milyonları, vəzifələri geri qayıtsın! Axı o, içəndə özünün də dediyi kimi, oğlunu gələcəkdə prezident görmək istəyirdi. Belə qəddarları millətə ürəyi yanarmı?! Onlar maddiyatımızı oğurlayıb mənəviyyatımızdan da əl çəkmirlər. Bu qədər vardanyanlıq etmək olmaz axı!
Bu gün Nadir Məmmədli deyir ki, G.Bayramovanın işdən çıxma əmrinin verilməsində 1 nömrəli günahkar ADU-nun rektoru, akademik Kamal Abdullayevdir: "O, qəsdən məktubu yubadıb ki, alınmasın. Görmədinmi, haqq söz deyib universitetdəki maxinasiyaları faktlarla ortaya qoyduğu üçün dünyaca məşhur savadlı kadrımız professor Həbib Zərbəliyevi həm universitetdən, həm də İnstitutdan necə çıxartdırdı. Kamala görə mənə birbaşa Prezident Aparatından zəng etdilər. Ona Allah da batmaz. Hiss etdim ki, Bayramovanın da burada işləməsini Kamal istəmir".
Qeyd: Məqalə AMEA-nın əməkdaşı İdris Abbasovun sosial media hesabından götürülüb.