Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Xəbər verildiyi kimi Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış nəticəsində *5 nəfər ölüb* (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
*2 nəfər* isə müxtəlif dərəcəli bədən *xəsarətləri* alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.