Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümünələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.
Uyğunsuzluq aşkarlanan məhsullar aşağıdakılardır:
Məhsulun adı İstehsal və son istifadə tarixi Miqdarı Mənşə ölkəsi İstehsalçı İdxalçı
Hidrogenləşdirilmiş palma sterini 01.11.2024
-
01.05.2026 23869.44 kq Malayziya “MOI Foods Malaysia Sdn. Bhd.” “Mamam Chocolate And Bakery” MMC
Quzu əti 30.11.2024
-
30.11.2025 17000 kq Monqolustan “AZAT LLC” “Eleven Group” MMC
Dondurulmuş
mal əti 18.11.2024
-
18.11.2025 6180 kq Ukrayna “VKP”Verbovskoye” “Hereti Bottling Company” MMC
Qarğıdalı yarması 28.11.2024
-
28.09.2025 10000 kq Rusiya OOO “TРАСТ” “Bolluq LTD” MMC
Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.