Rektor Anar Nağıyev Qərbi Azərbaycan İcmasının gəncləri ilə seminar çərçivəsində bir araya gələcək
23 oktyabr tarixində Bakı Slavyan Universitetində (BSU) növbəti maraqlı görüş təşkil olunacaq. Bu dəfə universitetin rektoru Anar Nağıyev Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvləri ilə seminar formatında görüş keçirəcək.
Tədbir çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliği, milli-mənəvi dəyərlərin qorunması, vətənpərvərlik və elmə marağın artırılması mövzularında müzakirələr aparılacaq.
BSU-dan Azadmedia.az-a verilən məlumata görə seminarın məqsədi gənclərin ictimai fəallığını artırmaq, onların fikir və təşəbbüslərinin reallaşmasına dəstək göstərmək, həmçinin BSU ilə Qərbi Azərbaycan İcmasının gəncləri arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.