AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT şəhidlərə həsr olunmuş “Qəhrəman şəhidlərimiz” kitabını təqdim edib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 08:33

    QHT şəhidlərə həsr olunmuş “Qəhrəman şəhidlərimiz” kitabını təqdim edib - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2025ci il il üçün nəzərdə tutulmuş kiçik qrant müsabiqəsinin qalibləri sırasında “Məlahətli Ana” uşaqlara yardım ictimai birliyidə yer tutmuşdur.

    QHT.az xəbər verir ki, bu barədə layihənin rəhbəri “Məlahətli Ana” uşaqlara yardım ictima birliyin sədri Natiq Əhmədov məlumat verib. Onun sözlərinə görə, "Ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlili" layihəsi çərçivəsində "Qəhrəman şəhidlərimiz" adlı kitab gənclərə, şəhid və qazi ailələrdən olan 48 iştirakçıya kitabın təqdimat mərasimində paylanıldi. Tədbir Nərimanov rayonu, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi.

    Tədbirdə şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edirdi. Tədbirdə müəllif özü kitab haqqında məlumat verdi. O, qeyd etdi ki kitab təqvim şəklində xronoloji olaraq yazılıb. I Qarabağ və II Qarabağ (Vətən) müharibələrinin şəhidləri haqqında ətraflı məlumat veriləcək . Eləcədə Zəfər qələbəmizi gələcək nəsillərə çatdırmaq məqsədini daşıyır.

    Şəhid xanımı Mətanət xanım, Peşə Təhsil Mərkəzinin nümayəndələri, yazıçı-ziyalılar çıxış etdilər. Kitabın əhəmiyyətini bir daha diqqətə çatdırdılar. Sonda İctimai birliyin sədri Natiq Əhmədov QHT Agentliyinə maliiyə dəstəyi üçün öz təşəkkürünü bildirdi.

    Fotolar








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR