AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Buzovnada narkomaniyaya qarşı maarifləndirici tədbir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 17:42

    Buzovnada narkomaniyaya qarşı maarifləndirici tədbir - FOTOLAR

    17 oktyabr 2025-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 saylı Peşə Məktəbində “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.

    QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. İcra müddəti 4 ay (01.06.2025 – 30.09.2025) olan layihə Bakı şəhərinin müxtəlif rayonlarında – Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi və Abşeronda (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) reallaşdırılır.

    Tədbirin məqsədi yeniyetmə və gəncləri maarifləndirmə yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşviq etməkdir.

    Buzovnada keçirilən görüşdə 20 nəfər iştirak edib. Tədbiri təşkilatın sədri Səltənət Qocamanlı açaraq layihənin əhəmiyyətindən danışıb, belə bir təşəbbüsə dəstək verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. O, narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə yaratdığını qeyd edib.

    Tədbirdə layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırov çıxış edərək iştirakçılara narkomaniya ilə bağlı əsas anlayışlar, asılılığın yaranma səbəbləri, törətdiyi fəsadlar, iynə vasitəsilə yayıla bilən xəstəliklər, müalicə üsulları və mübarizə yolları barədə geniş məlumat verib.

    Daha sonra iştirakçılar 4 qrupa bölünərək verilən suallar üzərində müzakirələr aparıblar və hər qrup öz təqdimatını nümayiş etdirib.

    Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub. Görüşün foto və video çəkilişi də aparılıb.

    Fotolar














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR