AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində son tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 17:50

    “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində son tədbir keçirilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi tərəfindən icra olunan “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində növbəti — sonuncu maarifləndirici tədbir 20 oktyabr 2025-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 saylı Peşə Məktəbində keçirilib.

    QHT.az xəbər verir ki, layihənin əsas məqsədi yeniyetmə və gəncləri maarifləndirmə yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüskar olmağa təşviq etməkdir. Dörd ay müddətinə (01 iyun — 30 sentyabr 2025-ci il) nəzərdə tutulan layihə Bakı şəhərinin müxtəlif rayonlarını — Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi və Abşeron (Mehdiabad, Saray, Xırdalan) qəsəbələrini əhatə edib. Hər tədbirdə 20 nəfər olmaqla ümumilikdə 160 nəfərin iştirakı planlaşdırılıb.

    Sonuncu tədbirdə 20 nəfər iştirak edib. Tədbiri layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırov açaraq, donor qurum — QHT Agentliyi və layihənin məqsədləri barədə məlumat verib. Daha sonra təlimçi iştirakçılara narkomaniya ilə bağlı aşağıdakı mövzularda geniş təqdimat edib:

    Narkomaniyanın əsas anlayışları və mahiyyəti

    İnsanların asılılıq toruna düşmə səbəbləri

    Narkotik asılılığının yaranma mexanizmi

    Narkomaniyanın törətdiyi sosial və tibbi fəsadlar

    İynə vasitəsilə yoluxa bilən xəstəliklər

    Narkomaniyaya qarşı mübarizə yolları

    Narkomaniyadan əziyyət çəkənlərin müalicə prosesi və mərhələləri

    Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, daha sonra onlar 4 qrupa bölünərək qrup işi həyata keçiriblər. Hər qrupdan bir nümayəndə öz təqdimatını iştirakçılar qarşısında təqdim edib.

    Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub, həmçinin prosesin foto və video çəkilişi aparılıb.

    Layihə çərçivəsində keçirilən bütün seminarlar gənclərin narkotik vasitələrin fəsadları barədə məlumatlılığını artırmağa və sağlam həyat tərzinin təbliğinə xidmət edib.

    Fotolar













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR