AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu qidalar siqaret kimi asılılıq yaradır ARAŞDIRMA

  • + A
  • - A
  • 3-03-2026, 20:51

    Bu qidalar siqaret kimi asılılıq yaradır ARAŞDIRMA

    The Milbank Quarterly jurnalında dərc olunan yeni araşdırmada sürətli emal olunmuş qidaların (UPF) bəzi xüsusiyyətlərinə görə siqaret kimi “asılılıq yaratmaq üçün hazırlanmış” məhsullar olduğu bildirilir.

    Məqalədə qeyd olunur ki, uzun müddət saxlanıla bilən, dadlı və hazır şəkildə satılan bu məhsulların əsas dəyəri qidalandırıcılığından çox, iştahanı artırmaq, insanı onları tez-tez və çox miqdarda yeməyə təşviq etmək qabiliyyəti ilə ölçülür.

    Tədqiqatçılar bildirirlər ki, qida sənayesi bu məhsulları hazırlayarkən tütün sənayesinə bənzər üsullardan istifadə edir. Məsələn, maksimum həzz üçün dadın “dozası” xüsusi şəkildə tənzimlənir, ləzzət artırıcılar əlavə olunur, məhsullar hər yerdə əlçatan edilir və reklam vasitəsilə onların zərərsiz və ya faydalı olduğu təsəvvürü yaradılır.

    Araşdırmaya görə, bu cür qidalar beyində mükafat sisteminə, xüsusilə dopamin ifrazına təsir edir. Bəzi yüksək şəkərli və karbohidratlı məhsullar nikotin kimi sürətli dopamin artımı yarada bilər ki, bu da təkrar istehlakı gücləndirir.

    Müəlliflər vurğulayırlar ki, ultra-emal olunmuş qidalar təkcə fast-fud deyil. Onların tərkibində çox vaxt sənaye üsulu ilə hazırlanmış, bəzən sintetik maddələr və müxtəlif qatqılar olur. Bu məhsulların müntəzəm istehlakı piylənmə, diabet, ürək-damar xəstəlikləri və digər xroniki problemlərin riskini artıra bilər.

    Araşdırma müəllifləri hesab edirlər ki, bu məhsullara yalnız qida kimi deyil, ictimai sağlamlıq üçün risk yaradan sənaye məhsulları kimi yanaşmaq lazımdır. Onların fikrincə, zərərli məhsullara vergi tətbiqi, reklam məhdudiyyətləri və açıq xəbərdarlıq etiketləri kimi tədbirlər nəzərdən keçirilməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR