AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlik rəsmisindən Təcili yardımla bağlı əhaliyə ÇAĞIRIŞ

  • + A
  • - A
  • 2-04-2021, 23:39



    "Təcili yardımdan narazı olanların əksəriyyəti yüngül problemlərlə çağırış edən insanlardır".

    AzadMedia.Az
    -ın məlumatına görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva deyib.

    Onun sözlərinə görə, təcili yardıma müraciətlər çeşidləmə əsasında qeydə alınır. İlk olaraq təcili çağırışlar icra olunur:

    "Bəzən bir nəfər 4-5 dəfə zəng edir ki, bu da xətlərin yüklənməsinə və nəticədə ağır xəstələrin kənarda qalmasına səbəb olur. Əhalidən xahiş edirik ki, yalnız təcili hallar zamanı müraciət edilsin. İlk öncə təcili çağırışlar icra edilir, ağır xəstələrə yardım edilir, sonra təxirəsalınmaz çağırışları icra edirik.

    Məsələn, insanın qızdırması 37 dərəcə olur, deyir ki, gəlib analiz götürülsün. Belə insanları istiqamətləndirəndə aqressiv yanaşırlar. Hətta ağır xəstələrdən müayinə materialı götürəndə, bunun cavabını almaq üçün bizə müraciət edirlər".

    "Təcili yardım ağır xəstələrdən müayinə götürüb müvafiq laboratoriyalara göndərir. Analizin cavabı bizdə olmur", - deyə o əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR