Bu gün dünya beynəlxalq baytar həkimləri gününü qeyd edir.
Şərəfli peşə sahibləri olan baytar həkimləri dünyəvi hörmətə layiqdirlər, çünki bəşəriyyəti xəstəliklərdən mühafizə etməklə, dünyanın ərzaq təhlükəsizliyinə töhfə verirlər. Bu sözlərlə ADAU-nun rektoru, professor İbrahim Cəfərov öz şəxsi facebook səhifəsində baytar həkimlərini təbrik edib. Rektor qeyd edib ki, Azərbaycan üçün baytar həkimlərini əsasən Dövlət Aqrar Universiteti hazırlayır. Bu gün baytarlıq təbabəti fakültəsi ən müasir maddi texniki bazaya malik olmaqla 2 eksperimental ferma, baytarlıq klinikası, balıqçılıq, quşçuluq tədris mərkəzlərinə malikdir. Tədris azərbaycan, ingilis və rus dillərində aparılır. Sonda İ.Cəfərov bir daha əziz tələbələrini, hörmətli professr-müəllim heyətini, ölkəmizin baytar həkimlərini bu bayram münasibəti ilə ürəkdən təbrik edib, onlara uğurlar arzulayıb.
Azadmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.