AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu" valideyn və təhsil almaq istəyən qızlara müraciət etdi

  • + A
  • - A
  • 4-04-2021, 12:12


    Hörmətli həmfikirlər, əziz qrup üzvüləri, 11-ci siniflərdə təhsil alan qızlarımız, fədakar valideyinlər!
    Bildiyiniz kimi "Masallı Təhsil Fondu" artıq 1 ildi ki, qızların təhsil ilə bağlı xeyirxah missiyanı yerinə yetirir. Keçən tədris ilində Masallı Şəhər 70 saylı seçki dairəsinə daxil olan Rayonun ümumtəhsil məktəblərində təhsil almış qız məzunlarını Dövlət Universitetlərinin müəllim ixtisaslarına daxil olduqları ücün onların 22 nəfərinə təhsil haqları ödənilmiş 24 nəfər tələbələrə isə hər ay təqaüdlər verilir.
    Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu" artıq öz dairəsini genişləndirir. Təhsil Fonduna daxil olan çoxsaylı muraciətləri nəzərə alaraq Rayonun bütün 66 tam orta məktəblərinə şagirdlərə kömək məqsədi ilə test kitabları hədiyyə edildi.

    Ölkəmizin azadlığı uğrunda 1-ci və 2-ci Qarabağ müharibəsində Şəhid olan qəhramanların evladları Ali məktəblərə daxil olduqdan sonra onlara xususi imtiyazların verilməsi nəzərdə tutulmuşdur.
    Bütün dünyanı bürüyən Korona virusun yayılması ilə bağlı "Masallı Təhsil Fondu" nun əməkdaşları məktəblərlə ancaq onlayn usulu ilə əlaqə saxlamışlar. Çətinliyə baxmayaraq Təhsil Fondu valideynlərlə əlaqə yaratmış, artıq rayonda az yaşlı qızlarin erkən nikaha girməsinin qarşısının alınması istiqamətində böyük dönüş yaranmışdır.
    Millət Vəkili Məşhur Məmmədov müsahibələrində bildirmişdir ki, Masallı inkişaf etmiş ən qabaqcıl rayonlardan biri olmalıdır. Rayonumuzda hər kənddə imkanlı xeyirxah insanlar var. Əgər həmin imkanlı insanlar öz kəndlərində iki imkansız tələbənin təhsil almasına kömək edərsə, Rayonumuzda təhsil alanların sayı surətlə artar. Yaxşı təhsil almış şəxslərə Rayonda böyük ehtiyac var bu Allah qarşısında ən savab işdir.
    Hörmətli valideyinlər qızlarımızın təhsilinə biganə qalmayın, onların xoşbəxtliyinə hər vasitə ilə kömək edin. Əziz qizlar, bıraxşlış imtahanına saylı günlər qalır "Masallı Təhsil Fondu" ənənəyə sadiq qalaraq 2020-2021 ci tədris ilində dövlət universitetlərin Müəllim ixtisaslarına daxil olan tələbələrin hər birinə qayğı göstəriləcəkdir. Bu şansı əldən verməyin. Sizin xoşbəxtliyini təhsildədir. Bütün abituriyentlərə uğurlar diləyirəm.
    H. Hüseynov,
    "Masallı Təhsil Fondunun" direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR