AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı küçələrinin birinə Polad Həşimovun adı verilib

  • + A
  • - A
  • 7-05-2021, 18:31



    Bakının Xətai rayonunda küçələrin birinə Milli Qəhrəman Polad Həşimovun adı verilib.

    Bu barədə Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, küçənin keçmiş adı Pavel Naximov olub:

    "Ötən ay Pavel Naximov küçəsini Polad Həşimov adına dəyişdirmək istəyimiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavablandırılıb və küçəyə Milli Qəhrəmanımızın adı verilib".

    Xatırladaq ki, ölkə üzrə artıq ikinci küçədir ki, Polad Həşimovun adını daşıyır. Bundan əvvəl Qəbələ rayonunda Milli Qəhrəmanımızın adı küçəyə verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR