İbrahim Cəfərov,
ADAU-nun rektoruÖtən həftə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə cənab Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Fondunun təşkil etdiyi “Xarıbülübül” musiqi festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsi oldu. Bu festival həm də Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirirdi. Festivala seçilən ad da təsadüf deyildi; Xarıbülbül Şuşanın simvolu hesab olunur. 30 illik fasilədən sonra keçirilən “Xarıbülbül” müsiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir. Bu, ölkə başçısının şəhidlərə ehtiramının bariz nümunəsidir.
Vətən müharibəsi bir daha göstərdi ki, biz tolerant xalqıq, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Torpaqlarımızın işğaldan azad olması üçün aparılan Vətən müharibəsində Azərbaycanda yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bir daha sübut etdilər ki, Azərbaycanda bütün xalqlar dost və qardaşdırlar. Heç bir qüvvə bu dostluğu və qardaşlığı poza bilməz. Şuşada keçirilən musiqi festivalı tolerant olduğumuzu bütün dünyaya sübut etdi
Vətən Müharibəsindəki Qələbədə ADAU-nun da payı var. Tələbə və məzunlarımız Ana Vətənin çağırışına səs verdi, döyüşə yollandı. Şəhidlərimiz, qaziləriniz və müharibə iştirakçılarımız Universitetimizin fəxarət yeridir. İnşallah kollektivimiz də Şuşaya gedəcək, orda gedən abadlıq-quruculuq işləri ilə tanış olacaq, Şuşanı bizə qanı, canı bahasına yenidən bəxş edən igidlərimizi ehtiramla yad edəcək. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, sən azadsan. Şuşa Azərbaycandır. Yaşasın Şuşa qürurunu bizə bəxş edən Ali Baş Komandanımız!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.