Bakı Ali Neft Məktəbi (BANM) dünyanın ən məşhur və nüfuzlu universitetlərindən biri olan Dyuk Universiteti ilə əməkdaşlığa başlayıb. Belə ki, BANM-in Layihələrin İdarəedilməsi Məktəbinin (SPM) yeni tədris proqramı ABŞ-ın Şimali Karolina ştatının Dyuk Universiteti ilə birgə reallaşdırılacaq.
21-23 may 2021-ci il tarixindən etibarən dərslərə başlanılan SPM proqramı çərçivəsində 7 Modul üzrə Dyuk Universiteti tərəfindən beynəlxalq sertifikat veriləcək. Bundan başqa, ilk 3 modulu bitirdikdən sonra Dyuk Universitetinin “Foundational Certificate in Project Management” sertifikatı təqdim olunacaq.
Kursu tam bitirdikdən sonra isə sözügedən ali təhsil müəssisəsinin beynəlxalq “Professional Certificate in Project Management” sertifikatını əldə etmək imkanı yaradılacaq.
Bütün bunlarla yanaşı, kursu bütün modular üzrə uğurla bitirən məzunlar adlarının qarşısına PMP və ya PhD kimi DCPM yəni “Duke Certified Project Manager” initsiallarını əlavə edə biləcəklər.
Məlumat üçün bildirək ki, proqrama “Managing projects”, “Scheduling and cost control”, “Risk management”, “Agile&Lean”, “Project leadership”, “Management and communication”, “Contract management”, “Negotiations skills for project managers” və ya “PMP exam preparation” kimi modullar daxildir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.