AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU Marketinq kafedrasının tələbələri üçün müştərək onlayn mühazirə təşkil etdi

  • + A
  • - A
  • 28-05-2021, 22:25


    Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin Marketinq kafedrasının əməkdaşları Rusiyanın Kuban Dövlət Universitetinin “Marketinq və Ticarət işi” kafedrasının əməkdaşları ilə birgə Marketinq ixtisası üzrə rus bölməsində təhsil alan tələbələr üçün müştərək onlayn mühazirə keçmişdirlər.
    Mövzu "Müştərinin İnternet marketinqində gedən yolu və onu portreti" idi.
    Mühazirəni Kuban Dövlət Universitetinin Marketinq və Ticarət işi kafedrasının dosenti, (praktik müəllim) Aleksey Vladimiroviç Omelyanenko təqdim etdi.
    Onlayn tədbiri giriş sözü ilə açan ADAU-nun Marketinq kafedrasının müdiri, dosent Vəfa Məmmədova tədbir iştirakçılarını , KubDU-dan olan həmkarları salamlayaraq kafedranın nailiyyətləri, elmi maraqları, eləcədə gələcək əməkdaşlıq perspektivlərindən bəhs etdi.

    Marketinq kafedrasının digər əməkdaşları baş müəllim Xan-Xoyskaya Inga Vladimirovna, baş müəllimi Aytəkin Bağırova universitetlərimizin və kafedralaraımızın beynəlxalq fəaliyyət proqramının formalaşdırılmasında, əməkdaşlıq imkanlarının genişlənməsində, tələbələrin beynəlxalq təcrübəyə yiyələnməsində bu çür tədbirlərin çox önəmli olduğunu vurğuladılar. 2 saata yaxın davam edən görüşdə ADAU-da Marketinq ixtisası üzrə rus bölməsində təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak etdilər.
    Xatırladaq ki, Kuban Dövlət Universiteti Rusiyanın cənubunda yerləşən ən böyük universitetlərdən biridir. Zəngin tarixə, köklü ənənələrə sahib olan universitet böyük uğurlar ilə öz yüksək statusunu təsdiqləmiş və Kubanın aparıcı təhsil, elm və mədəniyyət mərkəzi kimi 100 ildir ki fəaliyyət göstərir. KubDU-da bu gün dünyanın 55 ölkəsinin təmsilçiləri daxil olmaqla təxminən 28 min tələbə təhsil alır.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR