AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlahiyyat İnstitutunda cari məsələlərlə bağlı növbəti iclas keçirilib

  • + A
  • - A
  • 2-07-2021, 18:33


    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) cari məsələlərlə bağlı növbəti iclas keçirilib. İclasda 2020/2021-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestri yay imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub.
    “ZOOM” proqramı vasitəsilə onlayn formatda keçirilən iclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.
    Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, yay imtahan sessiyasının yekunları ilə bağlı məsələlərə toxunub. Qeyd edib ki, 2020/2021-ci tədris ili üzrə hər iki semestrin dərsləri və intahanları məsafədən onlayn formatda uğurla həyata keçirilib.

    İnstitut rəhbəri daha sonra bildirib ki, tələbələrin dərslərdə və imtahanlarda fəal iştirakı tədrisin daha yaxşı təşkilinə, həmçinin mənimsənilməsinə şərait yaradıb.
    Ali tədris müəssisəsinin rektoru təhsilalanlar üçün nəzərdə tutulan ödənişsiz ərəb və ingilis dili kurslarının fəaliyyətinə toxunub, dil bacarıqlarının mükəmməlləşdirilməsi üçün bu proqramların təşkilinin önəmini xüsusi vurğulayıb. Eyni zamanda, İslam əqaidi üzrə ərəbcə klassik dini mətnləri oxuma kursu və təşkil olunacaq fiqh kursu haqqında məlumat verib.
    Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan bəhs edib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə, Aİİ kitabxanasının fəaliyyətinə də toxunub.

    Daha sonra İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova çıxış edərək, qış imtahan sessiyasında tələbələrin kəmiyyət və keyfiyyət göstəricilərindən danışıb. Yaz semestri yay imtahan sessiyasının keçirilməsi, qarşıya çıxan problemlər, imtahanların nəticələri haqqında məlumat verib.
    İclas cari məsələlərin müzakirəsi ilə davam edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR