AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BAYTAR HƏKIMLƏRIN ÖDƏNIŞSIZ TƏKMILLƏŞDIRMƏ KURSLARI BAŞA ÇATIB

  • + A
  • - A
  • 13-08-2021, 22:00

    Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində ölkənin ayrı-ayrı rayonlarında çalışan 50-dən artıq baytar həkimin ödənişsiz təkmilləşdirmə kursları başa çatıb.

    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov dinləyiciləri təbrik edərək, daim bilik və bacarıqlarını inkişaf etdirmələrinin vacibliyindən danışıb. Bildirilib ki, müasir dövrdə aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi ilə yanaşı müasir metodların istifadə olunması da olduqca əhəmiyyətlidir.

    İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

    Tədbirin sonunda ödənişsiz təkmilləşdirmə kurslarında iştirak edən dinləyicilərə müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.

    Növbəti həftə keçiriləcək təlimlər "İqtisadiyyat", "Yerquruluşu", "Torpaq və şəhər kadastrı" sahələrini əhatə edəcək.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR