AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

I sinfə qəbulla bağlı 49 171 elektron müraciət daxil olub

  • + A
  • - A
  • 9-09-2021, 09:22


    Sentyabrın 8-nə (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49 171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

    2021-2022-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda birinci sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi istisna olmaqla).

    Qeyd edək ki, Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunur.

    Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10 693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1 038-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 478-i Onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 6 205-i sistemin “Əlaqə” bölməsində, 1 972-si isə telefon vasitəsilə cavablandırılıb.

    Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir.

    Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR