AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə aksiyalar keçiriləcək

  • + A
  • - A
  • 4-10-2021, 08:51


    Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya təyin olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya məlumat yayıb.

    Aksiya bu gün saat 15:00-da siyasətçinin saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısında “Mişaya azadlıq!” şüarı ilə keçiriləcək.

    Eyni tələblə saat 18:00-a başqa aksiya da planlaşdırılıb. Təşkilatçı “Gürcüstan naminə” hərəkatın fəallarıdır.

    Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR