Qonşumuzda kütləvi mitinq başladı: İşğala qarşı birlikdə.
Gürcüstanın paytaxtı Tiflisdə parlament binası qarşısında kütləvi mitinq keçirilir.
AzadMedia.az xəbər verir ki, ictimai fəalların və müxalifət partiyalarının nümayəndələrinin iştirakI ilə “İşğala qarşı birlikdə” şüarı altında keçirilən mitinq 20 iyun 2019-cu il hadisələrinin ildönümünə həsr olunub.
Mitinq Gürcüstanın "Rustavi 2" televiziya kanalı vasitəsi ilə canlı yayımlanır.
Aksiya iştirakçıları koronavirusa görə maska və əlçəkdən istifadə etməklə yanaşı, sosial məsafəni qoruyurlar.