AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Miqrasiya Xidmətində “Zəfər Guşəsi”nin açılışı olub

  • + A
  • - A
  • 7-11-2021, 22:51


    Açılış mərasimində Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi Ordumuzun Vətən müharibəsindəki qələbəsi sayəsində tarixə düşən 8 noyabr Zəfər Gününü simvolizə edən “Zəfər Guşəsi” önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Zəfər Guşəsinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin Xidmətdə əbədiləşdirildiyi məkan olduğunu qeyd edib. Bildirib ki, hər il əlamətdar günlərdə şəhidlərin ruhu məhz burada anılacaq. Zəfər Guşəsində Xarıbülbül gülü formasındakı rəmzi nişan və şəhidlərin hər birinin adı əks olunub.
    Daha sonra Zəfər Gününə həsr olunmuş tədbirdə torpaqlarımızın azadlığı naminə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
    Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov şanlı qələbənin bir xalq kimi bizim gücümüzü, Azərbaycanın potensialını dünyaya nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli və prinsipial mövqeyi diplomatiya sahəsində olduğu kimi hərb meydanında da uğurlarımızı şərtləndirdi. İlk gündən xalqımızın həmrəyliyi, bir yumruq kimi Möhtərəm Prezidentimizin ətrafında birləşməsi, Ordumuzun şücaəti, müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi.
    Tədbirdə Vətən müharibəsinə həsr olunmuş “44 günün həqiqəti” adlı şərhsiz videoçarx, eləcə də II Qarabağ savaşında iştirak etmiş DMX əməkdaşlarının döyüş yolunu əks etdirən müsahibələrindən ibarət film nümayiş olunub.
    Sonda I və II Qarabağ müharibəsi döyüşçüsü olan miqrasiya orqanları işçiləri fərqləndirilib və onlara xatirə hədiyyələri təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR