AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanını qəbul etdi

  • + A
  • - A
  • 27-11-2021, 18:09


    Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkədə səfərdə olan İtaliyanın Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

    Söhbət zamanı dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında sıx əlaqələrin qurulmasından və mövcud dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

    General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

    Transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edən Xidmət rəisi Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.

    Eyni zamanda, ölkələrin təhlükəsizlik orqanlarının Akademiyaları arasında işbirliyinin genişləndirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının biliklərinin və təcrübələrinin artırılması, kadrların hazırlanması məqsədilə İtaliyanın müvafiq təhsil ocağında təşkil olunmuş kurslara cəlb olunması xüsusi vurğulanıb.

    Səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən italiyalı qonaq Azərbaycana səfərin onda xoş təəssürat yaratdığını, iki dövlətin çoxşaxəli əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və daha müntəzəm olacağına əminliyini ifadə edib.

    Yuxarıda sadalanan təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətindən də danışan Cüzeppe Zafarana İtaliya ilə Azərbaycan arasında möhkəm və davamlı tərəfdaşlığın olduğunu deyib.

    Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı geniş müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR