Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıq ilə bağlı məktəbdən valideyn ilə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.
Daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.
Azadmedia az-a BŞTİ-dən verilən məlumata görə həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb. Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.