AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mənimsəməni kim edib, o da gəlib ödəsin - Vüqar Səfərlinin məhkəməsində vəkil

  • + A
  • - A
  • 17-12-2021, 01:35


    Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərlinin vəkilləri müdafiə çıxışı edib.

    Vəkillər bildirib ki, ittihamda Vüqar Səfərlinin 17 milyon manat mənimsədiyi qeyd olunub, "Portos" MMC-nin adına olan mənimsəməni Vüqar Səfərlinin adına yazmaq düzgün deyil.

    Daha sonra prosesdə müdafiə çıxışı edən təqsirləndirilən şəxs Nadir Məmmədovun vəkili Cavanşir Süleymanov isə bildirib ki, sözügedən cinayət işində əsas məsuliyyət Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və qohumu Gülər Vəliyevanın üzərinə düşür.
    "Mən onların məhkəməyə çağırılması üçün vəsatət verdim. Dəfələrlə məhkəmədə ifadə verməli olduqlarını bildirdim. Buna baxmayaraq, vəsatətim rədd edildi. Mənimsəməni kim edib, pulu kim yeyibsə, o da gəlib ödəsin. Nadir Məmmədova gəlincə isə o, dəymiş ziyanın 50 faizini ödəyib. İndi bu pulu Əli Həsənov ödəyib, ya oğlu ödəyib, onun fərqi yoxdur. Xahiş edirəm ki, bu nüanslar nəzərə alınsın", - deyə vəkil bildirib.

    Prosesdə son söz deyən təqsirləndirilən şəxslər Təmkin Xəlilov, Şahin İbrahimov, Ədalət Vəliyev, Təhminə Yaqubova özlərini ittihamlardan təqsirli bilməyib və məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş ediblər.

    Təqsirləndirilən şəxslər Vüqar Səfərli, Nadir Məmmədov, Bəxtiyar Fətullayev və Namiq Hacıyev isə son söz üçün məhkəmədən vaxt istəyib.

    Proses dekabrın 21-də davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR