AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amnistiyaya düşən məhkumdan məktub var

  • + A
  • - A
  • 15-02-2022, 14:56

    Amnistiyaya düşən məhkumdan məktub var

    Adəti üzrə günortaya yaxın işə gəlirdim. Həyətdə orta yaşlı nabələd olduqları görünən xanım və kişi vardı. Kişinin əlində səliqəli xətlə yazılan bir məktub görüb yaxınlaşdım. Söhbət əsnasında məlum oldu ki, Masazırda yaşayır, 55 yaşı var, cənab Prezident İlham Əliyevin Zəfər Qələbəsi münasibətilə imzaladığı Amnistiya fərmanı nəticəsində azadlığına qovuşub. Deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsinin məhkumu olub. İçəridəkilərdən o qədər razı qalıb ki, yazı vasitəsi ilə həm içəridə olan vəziyyət barədə, həm də orda məhkumların təhlükəsiz, dava-şavasız, sağlam məhkumluq həyatını başa vurması barədə ictimaiyyəti məlumatlandırmaq istədiyini bildirdi. Qeyd etdi ki, maddi imkansızlıq üzündən amnistiyaya düşmə xəbərini eşidəndə şirinlik paylaya bilməyib, ona görə də 13 saylı cəzaçəkmə müəssisəsinin şəxsi heyətinə media vasitəsi ilə təşəkkür edir. Azadmedia.az məktubu təqdim edir:
    “Xəstəliyin tüğyan etdiyi bir vaxtda 13 saylı cəzaçəkmə müəssisəsinin tibbi personalının zəhməti danılmaz oldu. Ona görə də heç kim virusa yoluxmadı. Tibb işçiləri tərəfindən vaxtlı-vaxtında məhkumlkara ilkin yardım göstərilir. Zərurət yarananda müalicə üçün mərkəzi müalicə müəssisəsinə göndərilir. Pandemiya ərəfəsində COVİD-19-a qarşı peyvəndlər də hamımıza vaxtında vurulub. Heç bir məhkum pedyvəndləmədən yayınmadı. Hansısa yüngül xəstəlik baş verdikdə müəssisə daxili məhkumlar dərman peraparatları ilə tam təmin olunurlar. Düzü, asudə vaxtlarımız çox olurdu. Məhkumlar asudə vaxtlarını klubda keçirirlər. Klubda mütəmadi olaraq məhkumlar üçün tədbirlər keçirilir.
    Sağlam yaşamaq üçün yeməkxanalardan və verilən yeməklərdən də çox şey asılıdır. Yeməkxana tam təmir olunub, səliqə-səhmana riayət olunur. Müəssisədə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Məhkumlar müəyyən peşələrə yiyələnmək üçün 32 nömrəli meşə məktəbinin filialı fəaliyyət göstərir. Məhkumlar yaxınları ilə, ailə üzvləri ilə müntəzəm əlaqə yarada bilir. Əlaqə saxlamaq üçün telefon qovşağı fasiləsiz fəaliyyət göstərir. Məhkumların ibadəti üçün məscid, asudə vaxtı keçirmək üçün Heydər Əliyev adına muzey, kitabxana, bərbərxana, bilyard oyun zalı, kompyüter oyunları üçün otaq məhkumların ixtiyarına verilmişdi. Əlavə olaraq qeyd edim ki, ulu öndər Heydər Əliyevin büstü qoyulmuş abidə, bayraq meydanı göz oxşayır. Hərdən adam həbsxanada olduğunu unudur, dəmir, tikanlı məftillər olmasa… Asudə vaxtın səmərəli keçirilməsi üçün stadionda mütəmadi olaraq yarışlar keçirilir. Məhkumların yaxın qohumları ilə görüş otaqları tam təmirlidir. Fərdi təsərrüfat birliyində sexlər fəaliyyət göstərir.
    Mən Aministiyaya düşdüyüm üçün ilk öncə cənab Prezidentimiz İlham Əliyevə, məhkumluq həyatı boyunca daim diqqətlərini hiss etdiyim Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Ədliyyə general-leytenantı cənab Ceyhun Həsənova, 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə mayoru cənab Çingiz Yunusova, 13 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat rejim üzrə müavini, ədliyyə mayoru cənab Elnur Hüseynova, 13 saylı cəzaçəkmə müəssisəsinin Təlim-tərbiyə İşləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı cənab Əhmədli Eyvaza, 13 saylı cəzaçəkmə müəssisəsinin RNŞ-nin rəisi, ədliyyə mayoru cənab Şahin Mustafayevə, 13 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru, ədliyyə leytenantı Əşrəf Quliyevə, 13 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru, ədliyyə leytenantı Osman Mubanova, 13 saylı cəzaçəkmə müəssisəsinin TSH-nin rəisi cənab Telman Salmanzadəyə məhkumlar adından təşəkkürümü bildirirəm. Hər kəsə həbsxana həyatından uzaq bir həyat arzulayıram”.
    Hazırladı: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR