“AAC” MMC rəhbərliyi barəsində Prezidentə ŞİKAYƏT ünvanlandı
Azadmedia.az Müraciəti təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Müraciət
Hörmətli cənab Prezident!
Yazıb sizə bildirmək istiyirik ki, 2021-ci ilin yanvar ayında “AAC” MMC-nin sabiq direktoru Ceyhun Əliyev tərəfindən yol verilən qanunsuzluq nəticəsində müəssisədə çalışan işçilərin demək olar ki, hamısnın (rəhbər vəzifələrdə çalışanlar istisna) əmək haqqısının qeyri-rəsmi olaraq 50% həcmində birtərəfli qaydada azaldılması, eləcə də digər qanunsuzluqlar səbəbindən biz sizə, birinci Vitse-Prezidentə şikayətlə müraciət etmişdik. Nəticədə araşdırma aparılmış, Ceyhun Əliyev qanuna müvafiq qaydada tutduğu vəzifədən kənarlaşdırılmışdır. Sonra isə iyun ayından etibarən həmin müəssisəyə yeni (hazırkı) direktor – Əliyev Ayaz İbrahim oğlu təyin olunmuşdur. Məhz bundan sonra yeni rəhbərlik tərəfindən bizə və digər işçilərə qarşı müxtəlif qanunsuzluqların törədilməsi başlanmışdır. Nəticədə müəssisəmizin - kadrlar şöbəsi rəisi, təchizat şöbəsinin rəisi, maliyyə rəisi, anbardarlar, daha sonra isə anbarın rəsini, istehsalatın rəsi, nəqliyyat şöbəsi və bir sıra digər işçilər qeyri-qanuni olaraq işdən azad edilmişdir.
Hörmətli cənab Prezident!
Demək, “AAC” MMC-nin hüquqsünası – Natiq Məmmədov işçiləri yığıraq heç bir səbəb göstərmədən yeni rəhbərin onlarla çalışmaq istəmidiyini bildirmiş və öz xahişləri ilə işdən çıxmağını təklif etmiş, əks təqdirdə bizləri “maddə” ilə işdən çıxaralacağı ilə hədələmişdir.
Belə ki, 14.09.2021-ci il tarixində səhər saatlarında müəssisədə xəbər verildi ki, qanuni əsası olmadan biz (eləcə də, iddiada göstərilməyən digər işçilər) işdən çıxarılırıq və bu səbəbdən də işə buraxılmırıq. Bununla əlaqədar müəssisəmizin giriş hissəsində olan mühafizə xidməti bizi darvazadan kənara çıxartmış və bir daha müəssisəyə buraxmamışdır. Bundan sonra sözügedən rəhbərlik tərəfindən 47 nəfərə maddə verilmişdir. Öncədən isə hədə-qorxu ilə 70-dən çox işçini məcbur etdilər ki, könüllü olaraq ərizə yazıb işdən imtina etsinlər.
Hörmətli cənab Prezident!
Yaranmış problemlə əlaqədar biz aidiyyatı qurumlara (Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və s.) şikayətlə müraciət etdik. Orada bildirildi ki, araşdırma aparılaraq bizə məlumat veriləcəkdir. Qeyd etmək istəyirəm ki, biz növbəli iş rejimi ilə çalışırdıq və buna baxmayaraq bu hadisədən sonra demək olar ki, hər gün işə müəssisəyə gəlirdik lakin müəssisəmizin rəhbərliyinin qanunsuz göstərişinə əsasən işə buraxılmırdıq (buna dair videogörüntülər də var).
Hörmətli cənab Prezident!
Qarşılaşdığımız bu problem əfsuslar olsun ki, bu günə qədər öz həllini tapmayıb.
Sizə ünvanladığımız bu müraciətdən sonra inanırıq ki, mövcud məsələyə doğru-dürüst hüquqi qiymət veriləcək, günahkarlar cəzalandırılacaq və qarşımızdakı hazırkı problem həll olunacaqdır.
İmza:
Mustafayev Ceyhun Natiq oğlu,
Zərbəliyev Zərbəli Haqverdi oğlu,
Şəfiyev Mehrac Telman oğlu,
İbadullayev Emin Gülyar oğlu,
Hüseynov Famil Şamil oğlu