Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Polis əməkdaşları 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın qadın ailə üzvlərini təbrik edib, gətirdikləri hədiyyələri onlara təqdim ediblər.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə, öz minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.