Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şobəsinin rəisi, polis mayoru Elşad Hacıyev Media Tədris Mərkəzində tələbələrə master klass keçib.
Mərkəzdən
Azadmedia.az-a verilən məlumata görə DİN rəsmisi hüquq sahəsində onları maraqlandıran sualları cavablandırıb. Kriminal hadisələr işıqlandırarkən diqqət etməli olduqları məqamlara toxunan E.Hacıyev bu sahədə yazmaq istəyən jurnalistlərin xüsusi cəsarət, diqqət, analiz və müşahidə qabiliyyətinin olmasının lazım gəldiyini xüsusi vurğulayıb. Eyni zamanda öz təcrübəsini gələcəyin jurnalistləri ilə bölüşüb, mətbuat xidməti ilə əlaqələrin necə qurulmasından danışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.