AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ BİRLİK RƏHBƏRLİYİ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

  • + A
  • - A
  • 19-03-2022, 21:17

    NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ BİRLİK RƏHBƏRLİYİ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

    “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev və digər struktur bölmələrin rəhbərləri Novruz bayramı ərəfəsində övladları vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, Birlikdə çalışan üç əməkdaşın ailəsini ziyarət ediblər.
    Şəhid Zaur Mədətovun atası Kamal Mədətov Sumqayıt qaz istismar Sahəsinin Qəza-dispetçer xidmətinin operatoru vəzifəsində çalışır. Görüş zamanı şəhid atası Füzulidə şəhidlik zirvəsinə ucalan övladı ilə fəxr etdiyini və qürur duyduğunu bildirib.
    Şəhid Rauf İbadovun da ailəsi ziyarət olunub. Şəhidin atası Məhərrəm İbadov “Azəriqaz” İB-nin Sumqayıt qaz istismar Sahəsində Texniki şöbənin rəisi vəzifəsində çalışır. O, oğlu Raufun Füzuli, Cəbrayıl və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu bildirib.
    Həmçinin Birlik rəhbərliyi şəhid Osman Manafovun ailəsi də ziyarət ediblər. Şəhidin atası Natiq Manafov uzun illərdir “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsində çalışır. O, oğlu kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb.
    Şəhid ailələri onlara göstərilən diqqətə görə Birlik rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR