AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNDU - Video

  • + A
  • - A
  • 13-05-2021, 17:24


    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ramazan bayramında Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini ziyarət edib. Qurumdan Azadmedia.az-a verilən məlumata görə ailənin qayğıları ilə maraqlanılıb. Şəhid Osman Manafovun atası Natiq Manafov onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti idarəsində çalışır.
    Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev və Həmkarlar ittifaqı komitəsinin sədri Ədalət Qurbanov isə şəhid Zaur Mədətovun ailəsini ziyarət edib. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib.
    Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edək ki, Raufun bacısı Banu İbadova Birlikdə işlə təmin edilib, atası Məhərrəm İbadova isə məsul vəzifələrdən biri təklif olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR