AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

107 № li məktəbin fəaliyyəti təqdirə layiqdir

  • + A
  • - A
  • 20-04-2022, 08:30

    107 № li məktəbin fəaliyyəti təqdirə layiqdir


    Mən bir valideyn olaraq, Bakıxanov qəsəbəsində yerləşən R.Quliyev adına 107 № li məktəbin direktoru Jalə Məhərrəmovaya , tədris hissə müdiri Ramiz Qaraqurbanova uşaqlarımıza göstərdikləri qayğıya, məktəbdə yaratdıqları nizam-intizama, yüksək səviyyədə tədrisin təşkilinə görə minnətdarlığımı bildirirəm. Jalə Məhərrəmova məktəbimizə təyin olunan az bir müddətdə biz valideynlərin böyük rəğbətini qazanıb. Böyük potensiala malik olan direktorumuz Jalə xanım demək olar ki, bütün şagirdlər ilə fərdi surətdə işləməkdən yorulmur.

    Biz valideynlər uşaqlarımızı əsil pedaqoq adına layiq olan Jalə xanıma, Ramiz müəllimə etibar etmişik. Ümumiyyətlə bu insanların rəhbərlik etdikləri müəllim komandasının da uşağlarımızın tədrisində təlim-tərbiyəsində çox böyük rolu var. Mən istəyərdim ki, məktəblərimizin əksəriyyəti Jalə xanımın metodikası ilə tanış olsun və bu metodikanı həyata keçirsin. Məktəbimizin valideynləri və şagirdləri adından Jalə xanıma, Ramiz müəllimə və müəllim kollektivinə sonsuz təşəkkürümü bildirirəm.

    Zurabova Nailə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR