AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil işçiləri Şuşaya səfər ediblər

  • + A
  • - A
  • 10-05-2022, 12:27

    Təhsil işçiləri Şuşaya səfər ediblər

    Bir qrup təhsil işçisinin Şuşaya səfəri təşkil olunub.

    Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Birinci Beynəlxalq Kulinariya Festivalı çəçivəsində baş tutan səfərin əsas məqsədi Şuşa şəhərində mövcud vəziyyətlə, şəhərin tarixi-mədəni irsi ilə, eləcə də görülən abadlıq-quruculuq işləri ilə tanış olmaqdan ibarətdir.

    Təhsil işçiləri Cıdır düzü, Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Gəncə qapısı, şəhərin simvolları olan Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələri və yaşayış binalarını ziyarət ediblər.

    Səfər iştirakçıları Vətən Müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin şəhid olmuş qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR