AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili və onun oğlu haqqında yazılan ehtimallar, heç də gerçəkliyi ifadə etmir

  • + A
  • - A
  • 21-05-2022, 12:01

    Millət vəkili və onun oğlu haqqında yazılan ehtimallar, heç də gerçəkliyi ifadə etmir

    Son bir neçə gündür ki, bəzi media qurumlarında, sosial şəbəkə istifadəçilərinin paylaşımlarında və s. 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər zamanı 15 saylı Yasamal 1-ci seçki dairəsindən (VI çağırış) deputat seçilən, hal-hazırda Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan, Almaniya Federativ Respublikası, Belçika, Böyük Britaniya, Çexiya, Koreya, Peru, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, həmçinin MM-də Gənclər və İdman, Səhiyyə Komitəsinin üzvü olan, eyni zamanda Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti vəzifəsini daşıyan Ülvi Zahid oğlu Quliyev və onun oğlu Orxan Quluzadə barəsində yayımlanan əsassız məqalələri oxuduqca, sanki öz-özlüyümüzdə təəssüf hissi keçirirməli olduq. Çünki, yayımlanan məqalələrdə müəlliflər heç bir əsas, lazımi dəlil-sübut olmadan deputat Ülvi Quliyevi, Avropada, daha dəqiq desək İsveçrənin Bern şəhərində mühacir həyatı yaşayan müxalifətçi Laçın Məmişovla bağlayırlar. Diqqət yetirək ki, məqalə müəllifləri qeyd edirlər: “Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alır və onun bəzi biznes layihələrində iştirak edir. Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyini irəli sürərkən, onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olur”. Hörmətli oxucular! Yaxşı olar ki, məqalənin bu hissəsinə diqqətlə nəzər yetirək və ümumi şəkildə razılığa gəlib, məhz birlikdə də bu cür yanaşmaya öz qiymətimizi verək. Tutaq ki, bu belə olub və burada nə qəbahət iş var? Görəsən, məqalə müəllifləri niyə bu qədər cılızlığa getmək qərarına gəlirlər? Məqalənin başqa bir hissəsində isə qeyd olunub ki, “Ülvi Quliyev deputat seçildikdən sonra Laçın Məmişov öz FB səhifəsində “dəfələrlə “Allaha şükürlər olsun…” postunu paylaşıb”. Bu cür yanaşma da çox cılız və olduqca absurd yanaşmadır. O halda ortaya belə bir sual çıxar ki, görəsən hansısa uğura görə bu gün insanlar birbirlərini təbrik etmirlərmi, birbirləri haqda xoş fikirlərini paylaşmırlarmı, yaxud da birbirlərinə gözaydınlığı vermirlərmi? Tutaq ki, həmin vaxtlarda Laçın Məmişov Ülvi Quliyevə təbrik yazıb, burada nə qəbahət iş var? Görəsən səbəb nədir ki, bəzi media qurumları bu qədər ucuzluğa gedirlər, lazımi dəlil-sübut olmadan ictimai fikirdə, məhz yalnış düşüncələrin formalaşmasına səbəb olurlar? Düşündürücü hal odur ki, məqalə müəllifləri bütün düşüncələrini ehtimallar üzərində qururlar.

    Daha biabırçı halın varlığı ondan ibarətdir ki, müəlliflər Avropada yaşayan Laçın Məmişovla Ülvi Quliyevin işbirliyinin olması haqda irəli sürdükləri ehtimallarla bağlı ortaya heç bir dəlil-sübut qoya bilmədiklərindən, onun oğlu Orxan Quluzadə haqda da şər-böhtan yazmaqla məşğul olurlar. Yəni, aşığın sözü qurtarıb sonda “Neynim, neynim” çaldığı kimi, bu gün də məqalə müəllifləri “Neynim, neynim” yazmaqla məşğul olurlar. Belə ki, onlar Orxan Quluzadənin Londondakı Gardiff Univetsitetinə daxil olub təhsil almasını ölkə gündəminə çıxarırlar. O halda sual oluna bilər ki, buna niyə qısqanclıq hissi ilə yanaşılmalıdır? Axı, bəlkə həmin gənc gələcəkdə daha parlaq bir gənc olacaq və yeri gəldikdə ölkəmizi Avropada və s. kimi məkanlarda daha yaxşı təmsil edəcək? Biz niyə bunu da nəzərə almamalıyıq? Daha cılız yanaşmaların birində də qeyd olunur ki, Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında mühacir şəxsin ciddi dəstəyi olur, digər tərəfdən isə, millət vəkilinin hədsiz var-dövlət sahib olduğu bildirilir. Görəsən, bunu necə başa düşmək olar?

    Bütün bunlardan əlavə, məqalə müəllifləri Orxan Quluzadənin biznes fəaliyyəti ilə məşğul olmasını da önə çəkirlər. Bu cür yanaşmanı da oxuduqca, sanki dərindən təəssüf hissi keçirməli olduq. Çünki, istənilən azərbaycanlının Avropa ölkələrində biznes fəaliyyəti ilə məşğul olması, həm Azərbaycan milli-mətbəxinin, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması deməkdir. O halda sual oluna bilər ki, görəsən Orxan Quluzadənin belə bir fəaliyyət növü ilə məşğul olması, bu gün, yaxud da gələcəkdə ölkəmizə hansı xələli gətirə bilər? Əslində onun bu yöndə göstərdiyi fəaliyyət ümimi təbliğatımıza verilən dəstəkdir. Biz bunu niyə unutmalıyıq, niyə məsələlərə qısqanclıq hissi ilə yanaşmalıyıq? Görəsən məqalə müəllifləri Orxan Quluzadənin biznes fəaliyyətini ölkə gündəminə çıxartdıqları kimi, niyə belə məqamları da ölkə gündəminə çıxartmırlar? Deməli, burada başqa niyyət, hansısa çirkli niyyətlərin həyata keçirilməsi planı var.

    Məqalənin son hissəsində müəlliflər onu da qeyd edirlər ki, “Orxan Quluzadə Gardiff Universitetində təhsil aldıqdan sonra o, təhsilini daha iki il ərzində Londonun City universitetində davam etdirir. Bu Universitetdə təhsil aldığı dönəmdə o, təkcə şirkət sahibi deyildi, həm Taleh Heydərovun rəhbəri olduğu Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib”. Bəli, bütün bunlar onu sübut edir ki, Orxan Quluzadə kifayət qədər bacarıqlı, uğurlu və savadlı gənc olduğu üçün, qeyd olunan vəzifələri daşıya bilir, lazımi fəaliyyət növü ilə məşğul olur. Çünki, bütün bunlar onu söyləməyə əsas verir ki, əgər o, digər məmurların “yatağan övladları”na oxşasaydı, deməli heç zaman belə bir uğurlara sahib ola bilməzdi. Odur ki, bu cür potensiala malik olan hər bir gəncə nəinki valideyinləri, hətta dövlətimizlə bərabər, imkanı olan hər kəs də dəstək olmalıdır. Bütün bunları əsas tutaraq məqalə müəlliflərinə belə bir məsləhət və tövsiyyələrimizi çatdırmaq istəyirik ki, deputat Ülvi Quliyev, yaxud da onun gənc, prespektivli övladı olan Orxan Quluzadə haqqında, hətta digər şəxslər barədə nələri qələmə alsanız, ümumi fikirlərinizi ehtimallar üzərində deyil, məhz həqiqətlər üzərində qurmağa çalışın. O halda qələminiz iti, sözünüz kəsərli olacaq. Eyni zamanda deputat Ülvi Quliyev, yaxud da onun oğlu Orxan Quluzadə haqqında şər-böhtan yazmaqdansa, daha faydalı mövzulardan bəhs etməniz daha məqsədəuyğun olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR