AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi yeyintilərə görə Prezidentdən kömək istəyir

  • + A
  • - A
  • 23-05-2022, 10:24

    Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi yeyintilərə görə Prezidentdən kömək istəyir

    Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi işdə baş verən yeyintilərə görə cənab Prezident İlham Əliyevdən kömək istəyir. Azadmedia.az məktubu olduğu kimi dərc edir


    Azərbaycan Respublikasının Prezidenti
    İlham Heydər oğlu Əliyev Cənablarına

    surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya

    surəti: Azərbaycan Respublikasının Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədova

    surəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
    cənab Əli Nağıyevə

    surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
    cənab Kamran Əliyevə

    surəti: Azərbaycan Respublikasının İqtisadiyyat
    naziri cənab Mikayıl Cabbarova

    surəti: Azərbaycan Respublikasının Energetika
    naziri cənab Pərviz Şahbazova

    surəti: Azərişıq ASC-nin sədri
    cənab Vüqar Əhmədova



    Ali Baş Komandan İlham Əliyev Cənablarının Başçılığı altında işğaladan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə aparılır.
    Qısa zamanda bu quruculuq işlərini aparmaq külli miqdarda maliyyə vəsaiti hesabına başa gəlir. Belə bir dönəmdə Azərişıq ASC-nin Şimal RETSİ, Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılov dövlətə kömək etmək yerinə ASAN xidmətə ödəniləcək 35000 manat pulu mənimsəyib :
    A.İsmayılov vəzifəsindən sui-istifadə edərək 20.000 manat rüşvət qarşılığında Sumqayıt ş., 21-ci mik/da yeləşən 630 kWA-lıq 40 №-li transformatorun yerini dəyişmişdir. Qanunla bu işin yerinə yetirilməsi üçün abonent ASAN xidmətə 35.000 manat rüsüm ödəməli idi. Lakin abonentdən 20.000 manat rüşvət alınmış, ASAN Xidmətə vur-tut 1.400 manat rüsum ödənilmişidir. Maraqlı da odur ki, 1.400 manat ödənişin qarşılığında bu işlərin yerinə yetirilməsi üçün 7000 manatdan çox mal-material ayrlımış, işçi qüvvəsi və texnika cəlb edilmişdir. (fotoşəkil əlavə edilir) İlin-günün bu vaxtında dövlətin pulunu mənimsəyənlərin bir adı var-Vətən Xaini !
    Qeyd olunanlarla bağlı şikayətlərim Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədova çatdırılmadığından faktları Azərişıq ASC-nin mətbuat katibi cənab Vaqif Aydıoğluna votsapla göndərərək cənab Vüqar Əhmədova çatdırılmasını xahiş etsəm də heç bir nəticəsi olmayıb. Ali Baş Komandan İlham Əliyev Cənabları göstərişi əsasında neqativ hallarının qarşısının alınması və xalqa operativ xidmə ASAN xidmət mərkəzləri yaradılmışdır. Belə aydın olur ki, bəzi məmurlar o qədər harınlayıb və hədlərini o qədər aşıblar ki, artıq ASAN xidmətə ödənəcək pulu belə mənimsəyirlər.
    Xahiş edirəm Azərişıq ASC-nin Şimal RETSİ, Sumqayıt EŞ-nin rəisi 20.000 manat rüşvət qarşılığında ASAN xidmətə vurulan 35.000 manat ziyan faktının faktının müvafiq orqanlar tərəfindən araşdırılması və bu işdə əli olan bütün xainlərin cəzalandırılması üçün mənə kömək edəsiniz.
    Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm.

    Azərişıq ASC, Şimal RETSİ
    Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi : Quliyev Anar Ələmqulu oğlu

    22 may 2022-ci il
    P.S.Ümid edirəm ki Azərişıq ASC problemi həll edər, həqiqəti dilə gətirəni işdən azad etməz. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR