AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Açıq mikrofon”a üz tutan Tərtər rayonunun abonentləri müraciətlərini səsləndirdi

  • + A
  • - A
  • 3-10-2022, 16:58

    “Açıq mikrofon”a üz tutan Tərtər rayonunun abonentləri müraciətlərini səsləndirdi

    Abonentlərin qarşılaşdığı problemlərin həlli məqsədilə SOCAR “Azəriqaz”İB-nin Azərbaycanı rayonbarayon gəzən “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Tərtərdə qurulub. Aksiyaya ümumilikdə 14 müraciət daxil olub. Əzəmət Əvəzlinin timsalında daha 4 abonent fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı ünvanlanan müraciətlərin də sayı 4 olub. Müraciətlər siyahısında debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qaz xəttinin yerinin dəyişdirilməsi və qapı keçidinin qoyulması kimi istəklər yer alıb. Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR