AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BDU-da təhsil alan əcnəbilərin sayı açıqlandı

  • + A
  • - A
  • 18-10-2022, 16:38

    BDU-da təhsil alan əcnəbilərin sayı açıqlandı

    2022/2023-cü tədris ilində BDU-ya 108 əcnəbi tələbə qəbul olunub
    Bakı Dövlət Universitetinə (BDU) 2022/2023-cü tədris ilində 108 əcnəbi tələbə qəbul edilib. Bunlardan 44-ü hazırlıq sektoruna, 2-si doktorantura, qalanları isə bakalavriat və magistratura səviyyələrinə daxil olub.
    BDU-dan Azadmedia.az-a daxil olan məlumata görə 14 ölkəni (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) təmsil edən əcnəbi tələbələr əsasən kompüter elmləri, psixologiya, hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat, jurnalistika ixtisaslarına üstünlük veriblər.
    Qeyd edək ki, əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.
    Hazırda BDU-da 34 ölkədən 400-dən artıq əcnəbi vətəndaş təhsil alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR