AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri keçirilib

  • + A
  • - A
  • 28-11-2022, 11:09

    “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri keçirilib

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə "Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub.


    Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şagirdlər və onların valideynləri iştirak ediblər.

    Öncə şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər, laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər və s. barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb və "Deneyap" texnologiya laboratoriyasına şagird seçimi imtahanlarının təşkil olunmasında dəstək göstərən şəxslərə sertifikatlar təqdim olunub.

    Qonaqlar “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.


    Sonda ilk dərs zəngi çalınıb və xatirə fotosu çəkilib.

    “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. 1-ci mərhələ olan yazılı imtahanda iştirak edən Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR