“Azərsu” ASC-nin qaynar xətti bu gün günortadan etibarən zəngləri qəbul etməyəcək.
Azadmedia.az xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətdən daxil olan məlumatda deyilir. Qeyd edilir ki, rabitə sistemində aparılan texniki işlərlə əlaqədar 21 yanvar 2023-cü il tarixində saat 13:00-dan etibarən bir neçə saat müddətinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 955 Zəng Mərkəzinə edilən zənglərin qəbulunda fasilə olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.