"Folkner Kamyu haqqında yazırdı: “Həyat qapısı onun arxasınca əbədilik örtüləndə o, zəifləməkdə olan əliylə bu qapının üzərində “Mən bu dünyada olmuşam” sözlərini həkk etməyə macal tapdı. Hər bir sənətkar kimi o da ömrü boyu buna can atmışdı. Və ola bilsin ki, həmin ölüm anında Kamyu özünün ən böyük arzusunun çin olduğunu anlamışdı. Sənətkar üçün bundan yaxşı nə arzulamaq olar?”
Hərdən düşünürəm ki, azərbaycanlılar harasa bir maşın kubik tökməklə “mən bu dünyada olmuşam” mesajı vermək istəyirlər. Əgər sən harasa bir maşın kubik tökməmisənsə nə etsən də, hansı əməlləri törətsən də, lap “Hərb və sülh”, “Sehrli dağ” səviyyəsində əsər yazsan da “bu dünyada olduğunu” onlara sübut edə bilməzsən"....
Məncə azərbaycanlılar həyatlarındakı boşluğu, mənasızlığı tikməklə və sökməklə doldurmaq istəyirlər. İşin ən pis tərəfi ondan ibarətdir ki, onlar nə qədər tiksələr də, nə qədər söksələr də ortaya normal, ürəyəyatan məhsul qoya bilmirlər. Bunun da öz növbəsində sadə bir səbəbi vardır. Zövq yoxdur. Zövqsüz adam nə qədər tiksə də, nə qədər söksə də əlbəttə ortaya normal məhsul qoya bilməyəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.