Baş Dövlət Yol Polisi İdarəsi adından saxta səhifə yaradıblar.
Azadmedia.az xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Rövşən Tağıyev məlumat verib və vətəndaşları xəbərdar edib ki, saxta səhflərə sənədləriniz barədə məlumat verməklə şəxsi məlumatlarınızı əldən verə bilərsiz. Rövşən Tağıyevin sözügedən xəbərdarlığını təqdim edirik:
Əziz dostlar!
Baş Dövlət Yol Polisi İdarəsinin facebook sosial şəbəkəsində rəsmi səhifəsi yoxdu. Belə saxta səhifələrə müraciət ünvanlamayın və onlar tərəfindən yazılanlara etibar etməyin. Məlumatlarınızın kimlərinsə əlinə keçməyinə icazə verməyin. Müraciətlərinizi rəsmi şəxslərə və səhifələrə ünvanlayın.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.