AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÇİNLİLƏR AMERİKA UNİVERSİTETLƏRİNİ NECƏ ZƏBT EDİBLƏR?

  • + A
  • - A
  • 17-02-2023, 23:33

    ÇİNLİLƏR AMERİKA UNİVERSİTETLƏRİNİ NECƏ ZƏBT EDİBLƏR?

    Azadmedia.az deputat Etibar Əliyevin maraqlı yazısını təqdim edir...
    XXI əsrin əvvəllərində Amerika Universitetlərdə təhsil alan xarici tələbələrin 10 faizini çinlilər təşkil edib. Hal-hazırda çinli tələbələr 31 faizi ötüb. İkinci yerdə 17 faizlə Hindistan durur. Beynəlxalq Təhsil İnstitutunun göstəricilərinə görə 2016-2017 tədris ilində Amerika Kollecləri və Universitetlərinə 328.547 çinli tələbə daxil olub ki, bu da xarici tələbələrin 32 faizini təşkil edir. 2000-ci ilin göstəricilərinə görə Təkcə Harvardda çinli tələblər xarici tələbələrə nisbətdə 22 faiz artmışdır. Hal-hazırda Çinin Universitetlərdində 36 milyondan çox tələbə təhsil alır. İndi Çində Ali məktəblərdən məzun olanların sayı ABŞ və Hindistanın birgə məzunlarının sayından çoxdur. Bir sözlə, Çində Ali təhsil almaq problem deyil. Buna baxmayaraq Orta təhsilin keyfiyyəti sayəsində çinlilər dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanırlar. Bu ölkənin vətəndaşları həm ölkələri daxilində, həm də xarici ölkələrdə aldıqları Ali təhsil hesabına insan kapitalının ilbəil zənginləşdirirlər.
    Mənbə: Cenifer Rudolf, Maykl Suni Çin möcüzəsi kitabı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR