AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aparıcının bağ evində polis əməliyyatının əsl səbəbi məlum oldu

  • + A
  • - A
  • Bu gün, 10:39

    Aparıcının bağ evində polis əməliyyatının əsl səbəbi məlum oldu


    Aparıcı Firəngiz Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ətrafında yaranan müzakirələrə Daxili İşlər Nazirliyindən aydınlıq gətirilib.

    Məsələ ilə bağlı daxil olan sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilib.

    Polisin keçirdiyi əməliyyat nəticəsində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

    Beləliklə, sosial şəbəkələrdə polis əməkdaşlarının bağ evinə basqın etməsi kimi təqdim olunan hadisənin arxasında başqa məqamların dayandığı üzə çıxıb.

    Qeyd edək ki, aparıcı Fira Cəlilova gecə saatlarında yaydığı videoda hadisəni evinə müdaxilə kimi təqdim edərək ictimaiyyətin diqqətini polis əməliyyatının mahiyyətindən yayındıran təəssürat yaradıb. Lakin DİN-in açıqlaması əməliyyatın axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirildiyini təsdiqləyir.

    İddialara görə, axtarışda olan şəxsin bağ evində gizlədilməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda basqınçı kimi təqdim edilən şəxslərin isə polis əməkdaşları olduğu bildirilir.

    Fotoda polis əməliyyatı zamanı saxlanılan Ə.Hüseynovun olduğu qeyd edilir.

    Diqqətçəkən məqam budur ki, hadisənin emosional video ilə təqdim olunan tərəfi ilə DİN-in rəsmi açıqlamasında əksini tapan faktlar arasında ciddi fərq var. İctimai rəy formalaşdırılarkən hadisənin bütün tərəflərinin və rəsmi məlumatların nəzərə alınması vacibdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR