Jurnalist Ramina Eyvazqızı oğlu hərbi xidmətə qeydiyyata alınmaq üçün xəstəxanalara gedəndə üzləşdiyi bürokratik əngəllərdən yazıb. Həkimlərdən biri daha irəli gedərək oğlunun cibindəki sonuncu 2 manatını alıb. Bu barədə jurnalist özü şəxsi facebook səhifəsində məlumat verib. Azadmedia.az Ramina Eyvazqızının yazdıqlarını təqdim edir:"15 yaşlı kiçik oğlum 4 saylı uşaq poliklinikasında yeniyetmə kabinetində qeydiyyata görə tibbi vərəqə almalıdır. Bir neçə gündür həkimlərdədir. Poliklinikada həmişəki kimi rentgen var, amma işləmir. UZİ ( ultrasəs) istəyirsən , həkim yerində yoxdur. Kardeoqramma zülmdür.Buranın dərdi çoxdur, əşşi
Əsas məsələ başqadır. Oğlum bu gün poliklinikanın göndərişi əsasında 4 saylı Vərəm Dispanserində döş qəfəsinin fluoroqrafiyası( rəqəmsal rentgen) üçün gedib.
Deməli, həkim Cavadov Devran rentgen sonrası uşağa "pulun var "deyib. Uşaq da cibində olan 2 manatı göstərib ,həkim tutub pulu aldıqdan sonra uşağın sənədini verib. Bu həkim deyilən şəxs soruşmayıb ki, bala, bəlkə bu elə axıncı pulundur, Əhmədlidən gəlmisən , bu yağışlı havada yol pulun varmı heç olmazsa.
İndi mənə maraqlıdır, hörmətli TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi , bu Dispanser həkimi ya qeyrisi hansı ixtiyarla dövlətin aldığı avadanlıqdan istifadə edir və pul yığır?
Başqa sözlə, bəlkə Dispanser müdiriyyətinin tələbidir ,siz heç bilmirsiz? Böyüklərdən pul qoparılır ,bacarmırlar bunlarla,,bunu anladım,
yoxsa, uşaqlardan pul almaq da həkim "etika"sına əlavə edilib, xəbərimiz yoxdur?
Ölkədə 5 TƏBİB olsa da inandırıram sizi, bəzi tibb işçilərini qəbir belə düzəltməyəcək, başqa sənət sahələrində olduğu kimi!!!!".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.