AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib

  • + A
  • - A
  • 27-02-2023, 17:53

    Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib

    ADA Universitetinin “Məclis” zalında Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” layihəsi üzrə görülən işlərin təqdimatı olub.
    Komitənin sədr müavini Fuad Hüseynov təqdimatın Azərbaycanda Heydər Əliyev ilində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirərək, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində səmərəli dövlət siyasətinin formalaşmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Prezident İlham Əliyevin sosial siyasətin prioritet istiqaməti kimi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını, məşğulluğunun artırılmasını daim diqqət mərkəzində saxladığı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların problemlərinin həllinə xüsusi həssaslıq və təsirli dəstək göstərdiyi vurğulanıb.
    Qeyd edilib ki, beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının ölkəmizdə məcburi köçkünlərlə bağlı məsələlərin həllinə dəstək verməsi məmnunluq doğurur. İyirmi ilə yaxındır bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlıq edən nüfuzlu maliyyə qurumunun yeni layihəsinin Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş doğma yurd yerlərinə qayıtmağa hazırlaşan vətəndaşlarmızın sosial ehtiyaclarının öyrənilməsi, köçürülmənin və dayanıqlı məskunlaşmanın səmərəli təşkili üçün müvafiq tədbirlərin görülməsi üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
    ADA Universitetinin təqdimatın təşkilində əvəzsiz xidməti minnətdarlıq hissi ilə qeyd edilib və bu nüfuzlu təhsil ocağının da işaldan azad edilmiş ərazilərə qayıdışın proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı böyük Zəfərdən dərhal sonra apardığı tədqiqatın nəticələri yüksək qiymətləndirilib.
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və Dünya Bankının nümayəndəsi Kaldvel Erik Conson təqdimatı keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, onlar üçün gəlirgətirən proqramların hazırlanmasıdır.
    Bildirilib ki, layihə çərçivəsində məcburi köçkünlər arasında sorğular aparılıb və onların ehtiyacları qiymətləndirilib. “PGlobal” (Türkiyə) və “SİAR Azərbaycan” şirkətləri tərəfindən aparılan sorğular zamanı məcburi köçkünlərin sosial, iqtisadi, demoqrafik vəziyyəti, eləcə də məşğulluq, özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil olunub.
    Ölkəmizdə həyata keçirilən layihə üzrə Dünya Bankının məsləhətçisi, Nyu-Mexiko Dövlət Universitetinin professoru Sara Drayer tədbirə “Zoom” internet platforması vasitəsilə ABŞ-dan qoşularaq sorğunun nəticələri, toplanılan məlumatların xüsusiyyətləri barədə ətraflı danışıb.
    Tədbirdə Prezidentin Şuşa və Zəngilan rayonunda xüsusi nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, KOBİA-nın, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin, TƏBİB-in, MEDİA Agentliyinin, ABAD-ın, Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Avropa İttifaqının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığının (QAK), BMT İnkişaf Proqramının, Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), həmçinin ölkəmizin vətəndaş cəmiyyəti institutlarının, məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
    Tədbir çərçivəsində sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, BMqT Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorgyev, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin Proqram şöbəsinin müdiri Blaze Kojcevski, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və məcburi köçkünlər təqdimatla bağlı fikir və mülahizələrini bildiriblər.
    Layihə çərçivəsində aparılan sorğunun nəticələri bir daha təhlil ediləcək və Böyük Qaydış üzrə birinci Dövlət Proqramına aid tədbirlərin icraçılarına təqdim olunacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR