AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu təhsil mərkəzində dərs vaxtı təmir-tikinti gedir, şagirdlər hər an zərər görə bilər - ŞİKAYƏT

  • + A
  • - A
  • 7-03-2023, 21:18

    Bu təhsil mərkəzində dərs vaxtı təmir-tikinti gedir, şagirdlər hər an zərər görə bilər - ŞİKAYƏT

    Azadmedia.az-a Əliyev Asim adlı vətəndaşdan şikayət məktubu daxil olub.
    Şikayətçi bildirir ki, hal-hazırda Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təmir-bərpa işləri gedir. Dərs vaxtında bu təmirin getməsi orada təhsil alan şagirdlərin sağlamlığı üçün çox ciddi təhlükə yaradır. Toz-torpaq, boya iyi, təhlükəsizlik tədbirlərinin olmaması və.s kimi hallar orada oxuyan şagirdlərin sağlamlığı üçün ciddi təhlkə yaradır. Maraqlıdır ki, niyə görə bu təmir-bərpa işləri yayda buraxılış vaxtı deyil, dərs vaxtı aparılır? Nəyə görə bu hala nəzarət olunmur? Eyni ilə bu cür müraciəti 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanlasam da, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynova “gözün üstə qaşın var” deyən olmadı. Mənim şikayətimdən sonra Peşə təhsili üzrə Dövlət Agentliyindən bir xanım yoxlamaya gəlsə də, Mərkəzin direktoru Mətləb Hüseynov həmin xanımı aldadıb yola salmağı bacarmışdır. Dünən 06.03.2023-cü il tarixində məktəbdəki təmirlə bağlı çəkilmiş videonu da şikayətimə əlavə edirəm. Təsəvvür edin dəhlizlərdə, dərs otaqlarında, müəllimlər otağında bir sözlə qızğın təmir işləri gedir. Nəyə görə şagirdlər həmin toz-torpağın, boya və emusiya iyinin içində olmalıdır? Təmir vaxtı hansısa şagird yaralansa, buna görə kim məsuliyyət daşıyacaq? Mənim üçün maraqlısı odur ki, 28.02.2023-cü il tarixində Elm və Təhsil naziri cənab Emin Əmrullayevə və Peşə təhsili üzrə Dövlət Agentliyinə ünvanladığım şikayətdən sonra nəyə görə hələ də bu hala göz yumulur? Elm və Təhsil naziri cənab Emin Əmrullayev üçün şagirdlərin sağlamlığı bu qədərmi önəmsizdir? Təmir işlərinin bu vaxtı getməsinin “sirr”i nədir? Fikrimcə bu “sirr”i media nümayəndələri araşdırıb tapa bilər. Xahiş edirəm şikayətim ciddi şəkildə araşdırılsın.
    Azadmedia az iş vaxtı başa çatdığı üçün qarşı tərəfdən mövqe öyrənə bilmədi. Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR