Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevral ayında baş vermiş silsilə zəlzələlərdən sonra dağıntıların çıxarılmasının aprelin 21-də Hatay istisna olmaqla, bütün vilayətlərdə başa çatdırılacağını bildirib. Azadmedia.az xəbər verir bu barədə türk imıtbuatı məlumat yayıb.
Onun sözlərinə görə, zəlzələdən zərər çəkənlər üçün yeni evlərin təməli fəal şəkildə qoyulur, 100 mindən çox mənzilin və kənd evlərinin tikintisinə də başlanılıb.
"Bayram üçün (orucun sonu) bir neçə kənd evini zəlzələdən zərər çəkənlərə təhvil verməyi planlaşdırırıq", - Ərdoğan vurğulayıb.
O əlavə edib ki, Hataydan başqa bütün vilayətlərdə dağıntıların təmizlənməsi bayramdan əvvəl başa çatdırılacaq.
Bundan əvvəl İsveçin baş naziri, hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Ulf Kristersson Brüsseldə keçirilən beynəlxalq donor konfransının üzvlərinin fevral ayında Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələlərdən zərər çəkmiş vətəndaşlar üçün 7 milyard avro topladığını açıqlamışdı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ictimaiyyətə minnətdarlığını bildirib və vurğulayıb ki, heç bir ölkə təkbaşına bu böyüklüyün nəticələrinin öhdəsindən gələ bilməz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.