Gənclər və idman nazırı Fərid Qayıbov Sumqayıtda baş verən hadisədən danışıb, uşağın ailəsinə başsağlığı verib. "Vəfat edən yeniyetmənin ailəsinə başsağlığı verirəm. Hadisə ilə bağlı istintaq gedir, bunun nəticəsini gözləməliyik” deyib. Azadmedia.az xəbər verir ki, Nazirin yeniyetmə sözü işlətməsi haqlı narazılığa və müzakirələrə səbəb olub. Tanınmış Tərcüməçi Sevil Gültən yazır: "Maraqlıdır, görəsən o uşağın neçə yaşda olduğunu bilmir, yoxsa yeniyetməlik dövrünün hansı yaşdan başladığından xəbərsizdir? Nazir adi insan deyil, böyük vəzifə sahibidir. Danışarkən, nəyəsə münasibət bildirərkən sözləri düz seçməyə borcludur".
Jurnalist Həbibə Abdulla da narazılıq və qınaq fikrini gizlətməyib:
"Hörmətli nazir Fərid Qayıbov, yeniyetməlik yaşı 12-dən başlayır. Sumqayıtda məşqçinin öldürdüyü Fərid Bakarovun 7 yaşı vardı və o, uşaq idi. Görünən odur ki, bilmirsiz bu məsələləri...".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.