"Azərsu" ASC yaponiyalı şahmatçının məlum paylaşımı ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd edilir ki, sosial şəbəkələrdə paylaşılan "Baku Marriott Boulevard" otelinin yerləşdiyi ərazidə "Azərsu" ASC-nin şəbəkə xətlərində hər hansı problem yoxdur. Su təchizatı tam təmin edilir.
Azadmedia.az xatırladır ki, Yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldə gigiyenik qaydalara əməl olunmamasımdan şikayətlənib.
O, bu barədə öz tvitter hesabında paylaşım edib.
Qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:
“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.
Sosial şəbəkələrdə Qrossmeysterin həyat yoldaşının erməni olması ilə bağlı məlimarlar var. Görünür, paylaşım təsadüfi deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.