AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən 20 ildə vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin diqqət və dəstəyini hər zaman hiss edib – Cəsarət Hüseynzadə yazır

  • + A
  • - A
  • 15-10-2023, 13:21

    Ötən 20 ildə vətəndaş cəmiyyəti Prezident İlham Əliyevin diqqət və dəstəyini hər zaman hiss edib – Cəsarət Hüseynzadə yazır

    Tarixdə 20 illik zaman kəsiyi bir o qədər də böyük müddət deyil. Amma Azərbaycanın timsalında son 20 ildə baş verən dəyişikliklərə, inkişafa və tərəqqiyə diqqət etsək, bu qısa zaman kəsiyində gərgin və uğurlu bir siyasətin aparıldığının şahidi olarıq.

    2003-cü ildə İlham Əliyev prezident seçilərkən ölkədəki vəziyyət kifayət qədər stabilləşməyə, sabitliyə doğru irəliləmişdi. Amma Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələlər, planlar və işlər var idi.

    Heydər Əliyev bu taleyüklü məsələlərin həllini İlham Əliyevin rəhbərliyi ilə baş verəcəyinə inanırdı. Əlbəttə ki, dünya şöhrətli siyasətçinin seçimində nə qədər dəqiq olduğuna hər birimiz inanırdıq. Bu inamla və xalqın səsi ilə İlham Əliyev 2003-cü ilin 15 oktyabrı tarixində Azərbaycan Respublikasının Prezidenti seçildi.

    20 illik Prezidentlik dövründə Cənab İlham Əliyev bütün sahələri eyni diqqətlə öyrənib, mövcud problemlərin həlli üçün müvafiq tapşırıqlar verib və nəticədə ölkəmiz bütün sahələr üzrə uğurlu nailiyyətlər əldə edib.

    İlham Əliyevin prezidentlik dövründə Azərbaycanda vətəndaş cəmiyyətinin müxtəlif mərhələlərdən keçib, inkişaf ilə bağlı qanunvericilik və instisional mühitdə yeni imkanlar yaradılmışdır.

    İlham Əliyevin siyasi baxışlarında güclü vətəndaş amili xüsusi əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi.
    Bu strategiya bütün sahələrdə savadlı kadrların yetişdiriləsi və irəli çəkilməsin hədəfləyirdi.

    İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində Vətəndaş cəmiyyəti potensialının səfərbər olunmasına da nail olundu.

    Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmişdir və bu istiqamətdə fəaliyyətlər də uğurla davam etdirilir.
    Bir maraqlı məqama diqqəti çəkmək yerinə düşərdi. Belə ki, İlham Əliyevin ictimai-siyasi fəaliyyətində məhz 31 iyul 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi də mühüm rol oynayır. Azərbaycanda Olimpiya Hərəkatın yaranması və uğuru da məhz İlham Əliyevin adı ilə bağlıdır.
    Bu nümunəni çəkməklə qeyd etmək istərdim ki, İlham Əliyevin vətəndaş cəmiyyətinə münasibəti kənar müşahidələr ilə deyil, bu sektorla yaxın münasibəti əsasında formalaşmışdır.


    Güclü və milli vətəndaş cəmiyyəti


    Əlbəttə 2003-cü ildə vətəndaş cəmiyyəti sektorunda abu-hava o qədər də aydın olmayıb.
    Milli mövqedən çıxış edən QHT-lərin fəaliyyəti ilə bağlı müəyyən problemlərin, onların maliyyələşmə imkanların mövcudluğu istiqamətində kifayət qədər vəziyyətin pis olduğu hər birimizin yadındadır.

    Bu həmin dövr idi ki, Azərbaycan haqlı mövqeyinə qarşı müxtəlif beynəlxalq təşkilatların hücumu ilə üz-üzə idi. Həmin beynəlxalq QHT-lər ilə üz-üzə gələcək QHT-lər ya yox idi, və yaxud həmin QHT-lərin beynəlxalq arenaya çıxış imkanları məhdud idi.

    Prezident İlham Əliyev isə ölkənin hərtərəfli inkişafı üçün öz konsepsiyasını hazırlayırdı.
    Bu konsepsiyalar iqtisadiyyatdan, sosial siyasətdən tutmuş bütün sahələri əhatə edəcəkdi. Güclü Azərbaycan üçün həm də güclü və milli vətəndaş cəmiyyəti lazım idi.

    QHT-lərin “antidövlət” statusundan tərəfdaş statusuna keçidi

    Prezident İlham Əliyev qısa müddətdə qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasını təsdiq etdi. Bu Konsepsiya dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq mexanizmlərini xeyli təkmilləşdirdi və genişləndirdi. Bundan sonra qanunçuluq, tərəfdaşlıq, şəffaflıq, uzlaşdırma və məsuliyyət qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin 5 əsas prinsipi kimi müəyyən edildi.

    Bu konsepsiya nəticəsində QHT-lər “antidövlət” təşkilatı statusundan çıxaraq tərəfdaş QHT-lər statusu qazandı. Dövlət qurumları artıq QHT-ləri qəbul etməyə, onların fikirlərin diqqətlə yanaşmağa başladılar.

    İlham Əliyevin vətəndaş cəmiyyəti sektoruna qayğısının yeni və mühüm təzahürü isə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması oldu. Bu, ilk artıq ixtisaslaşmış milli donor institutu idi.
    Prezident tərəfindən təsdiq edilən Şuranın əsasnaməsində insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, qaçqın, köçkün, əlilliyi olan şəxslərin və veteranların məsələləri, iqtisadi və sosial məsələlər, təhsil, elm, mədəniyyət, gənclər və vətənpərvərlik tərbiyəsi, səhiyyə, sağlamlıq və ekologiya, narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə mövzuları prioritet kimi elan edildi.


    Qeyd olunan mövzuların əksəriyyəti həmin dövrə qədər QHT-lərin fəaliyyəti üçün əlçatmaz idi. Çünki həmin sahələrdə fəaliyyət üçün QHT-lər maliyyə tapa bilmirdi. Digər mövzularda isə milli mövqedən çıxış edən QHT-lərin dəstəklənməsi qeyri real idi.
    Konsepsiya və milli donor institutunun yaradılması QHT sektoru üçün yeni mərhələnin başlanğıcı oldu.
    Bu siyasət uğurla davam etdirilərək, sonrakı illərdə tədricən QHT-lərə qrant verə bilən dövlət qurumlarının sayı artırılaraq 14-ə çatdırıldı.

    Vətəndaş cəmiyyətinin təmsilçilik statusu

    Dövlət başçısı QHT-lərin cəmiyyətdə rolunun artırılması məqsədi ilə 2013-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanunu imzaladı. Bu qanun nəticəsində ilk dəfə olaraq QHT-lər dövlət qurumlarında təmsilçilik hüququ əldə etdilər.
    2007-ci ildə QHT-lərin dövlət qurumları ilə münasibətdə əldə etdiyi tərəfdaşlıq imkanları təmsilçilik mərhələsinə qədəm qoydu. Təmsilçilik hüquqi vətəndaş iştirakçılığı kontekstində çox vacib alətdir.

    Artıq bu gün 20-dən çox mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai Şuralarda QHT-lər təmsil olunur. Vətəndaş cəmiyyəti nümayəndələri dövlət siyasətin hazırlanmasında, müxtəlif proqramların icrasında fəal iştirak edirlər.
    Bu əməkdaşlıq təkcə ictimai şuralar ilə məhdudlaşmır və eyni zamanda ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi və yazılı məsləhətləşmə kimi yeni imkanlar və alətlərin yaradılması QHT-lərin ictimai həyatda rolunu bir qədər də artırdı.
    Prezident İlham Əliyev eyni zamanda bir neçə dəfə ictimai nəzarətin vacibliyi, müxtəlif proqramların icrasına QHT-lərin cəlb edilməsi fikrini səsləndirməklə, QHT-lərə öz siyasi dəstəyini ifadə etdi. Bu siyasi dəstək isə olduqca vacib amil idi.


    QHT-lərə dəstəyin yeni mərhələsi



    Sözsüz ki, 2021-ci ilin aprelində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması vətəndaş cəmiyyəti sektoru ilə bağlı davamlı dəstəyin növbəti mərhələsi oldu.
    Dövlət tərəfindən QHT-lərin maliyyə imkanlarının artırılması məqsədi ilə kiçik, orta və böyük qrant siyasətinin formalaşması dövlət başçısının QHT-lərə növbəti dəstəyinin təzahürüdür. Yeni baxış nəticəsində yerli QHT-lərin beynəlxalq səviyyədə fəaliyyəti üçün yeni imkanlar yaradılmışdır.


    QHT-lərin milli məsəllər ilə bağlı vacib aktora çevrilməsi

    Prezident İlham Əliyev tərəfindən müxtəlif təşkilatlar rəhbərlərinin əlamətdar günlər çərçivəsində müxtəlif adlarla, medallarla və s. formada mükafatlandırması hər zaman QHT nümayəndələrinə xüsusi diqqətin bariz nümunəsidir.

    Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də cənab Prezident İlham Əliyevin diqqət və dəstəyini öz fəaliyyətlərinə əsas tutaraq cəmiyyətin müxtəlif sahələrinə öz töhfələrini verməyə çalışmışlar.
    Xüsusən QHT-lərimiz hər zaman milli maraqların qorunmasında vahid platformadan çıxış edərək, ölkəmizin taleyüklü məsələlərində Azərbaycan dövlətinin maraqlarının müdafiəçisi kimi ön sıralarda olmuşlar.
    Qeyri – hökumət təşkilatları nümayəndələri 44 günlük müharibədə müxtəlif formalarda öz fəaliyyətləri ilə hər bir azərbaycanlı kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdilər. Bu milli birlik lokal antiterror əməliyyatı zamanı da özünü daha sıx formada göstərdi.
    Prezident İlham Əliyev tərəfindən müxtəlif təşkilatlar rəhbərlərinin əlamətdar günlər çərçivəsində müxtəlif adlarla, medallarla və s. formada mükafatlandırması hər zaman QHT nümayəndələrinə xüsusi diqqətin bariz nümunəsidir.

    Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri də cənab Prezident İlham Əliyevin diqqət və dəstəyini öz fəaliyyətlərinə əsas tutaraq cəmiyyətin müxtəlif sahələrinə öz töhfələrini verməyə çalışmışlar.
    Xüsusən QHT-lərimiz hər zaman milli maraqların qorunmasında vahid platformadan çıxış edərək, ölkəmizin taleyüklü məsələlərində Azərbaycan dövlətinin maraqlarının müdafiəçisi kimi ön sıralarda olmuşlar.
    Qeyri – hökumət təşkilatları nümayəndələri 44 günlük müharibədə müxtəlif formalarda öz fəaliyyətləri ilə hər bir azərbaycanlı kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdilər. Bu milli birlik lokal antiterror əməliyyatı zamanı da özünü daha sıx formada göstərdi.
    QHT – dövlət münasibətlərində yeni yanaşma, ötən dövrdə QHT-lərə münasibət sahəsində formalaşan yeni vətəndaş cəmiyyəti sektoru özünü Laçın-Xankəndi yolunda həyata keçirilən uzunmüddətli aksiyada bir daha sübut etdi. QHT sektorunun çoxminli üzvləri Azərbaycan Ordusunun bir əsgəri kimi həmin günlərdə özünü göstərdi.
    Həmin aksiyalarda iştirak edən 1 QHT nümayəndəsi kimi deyə bilərəm ki, həmin günlər QHT sektoru təkcə vətəndaş cəmiyyətini deyil, bütün Azərbaycanı təmsil edirdi. Xüsusən Azərbaycan Silahlı Qüvvələrinin aksiya dövründə vətəndaş cəmiyyəti nümayəndələrini qoruması, postların dəyişməsi zamanı yaşayan ruh yüksəkliyi heç bir sözlə ifadə etmək mümkün deyil.
    Yeni mərhələyə qədəm qoyan vətəndaş cəmiyyəti bu gün beynəlxalq arenada da daha uğurlu fəaliyyət göstərməkdədir. Ermənistanın ekoloji terroruna qarşı formalaşan beynəlxalq QHT koalisiyası buna əyani sübutdur. Prezident İlham Əliyev tərəfindən də vətəndaş cəmiyyətinin bu sahədəki fəaliyyəti bir neçə dəfə vurğulanaraq və müsbət qiymətləndirilmişdir.

    Eyni zamanda 2 -13 oktyabr tarixlərində Polşanın paytaxtı Varşavada ATƏT-in insan hüquqları və demokratiyaya dair illik konfransında Azərbaycan vətəndaş cəmiyyətinin uğurlu fəaliyyətini də nümunə kimi göstərə bilərik.

    Əlbəttə ki, bütün bu uğurlu nümunələrin yaranması ötən 20 ildə cənab prezident tərəfindən aparılan və inkişaf etdirilən uğurlu siyasətin nəticəsidir.

    Sözsüz ki, İlham Əliyevin dövlət başçısı kimi vətəndaş cəmiyyətinə diqqətini və qayğısını əhatə edən çoxlu faktlar var.

    Sevindirici haldır ki, bu siyasi dəstək davamlıdır və artan xətt üzrə inkişaf edir.
    Azərbaycanın qeyri – hökumət təşkilatlarının nümayəndələri də Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyərək, fəaliyyətləri ilə Azərbaycanın inkişafına və tərəqqinisə öz töhfələrini verməyə davam edirlər.


    Cəsarət Hüseynzadə
    QHT.az saytının baş redaktoru,
    “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək”
    ictimai birliyinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR